Bir neçə Avropa ölkəsi Böyük Britaniya üçün qapılarını bağlayır
Dek 20, 2020 22:27 Asia/Baku
Bir neçə Avropa ölkəsi Böyük Britaniya ilə nəqliyyat əlaqələrini bağlamaqla bağlı qərar qəbul edib.
SəhərAzəri “RİA Novosti”yə istinadla xəbər verir ki, bu qərar Böyük Britaniyada koronavirusun yeni mutasiyasının aşkar olunması ilə bağlıdır.
Niderland hökuməti 1 yanvara kimi oradan gələn təyyarələri qəbul etməyəcək. Qərar bu gün səhərdən qüvvəyə minib. Hökumət nümayəndələri açıqlayıb ki, bu qərar müvəqqətidir, hələ ki, virusun yeni mutasiya forması üzərində araşdırma aparılır.
Belçika da Niderlandın ardınca Böyük Britaniya ilə sərhədləri bağlayıb.
İtaliya da adı çəkilən ölkələrdən nümunə götürüb. Bu barədə ölkənin xarici işlər naziri Luigi Di Maio məlumat verib.