Almaniyanın paytaxı Berlində silahlı insident baş verib; yaralı var
https://azeri.sahartv.ir/news/dünya-i371238-almaniyanın_paytaxı_berlində_silahlı_insident_baş_verib_yaralı_var
Almaniya polis rəsmiləri bu ölkənin paytaxtı Berlində baş verən silahlı insident nəticəsində 4 nəfərin yaralandığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 26, 2020 10:56 Asia/Baku
  • Almaniyanın paytaxı Berlində silahlı insident baş verib; yaralı var

Almaniya polis rəsmiləri bu ölkənin paytaxtı Berlində baş verən silahlı insident nəticəsində 4 nəfərin yaralandığını bildiriblər.

SəhərAzəri "Röyters" xəbər agentliyinə istinadən xəbər verir, məlumata əsasən, atışma "Sosial-Demokrat" partiyasının ofisi yaxınlığında baş verib.

Almaniya polisinin məlumatına görə, hələlik hadisənin siyasi motiv zəminində törədildiyinə dair heç bir əlamət müşahidə edilməyib.

Almaniya polisi, həmçinin atışmanın Berlinin Kreuzberg bölgəsində baş verdiyini bildirib.

Hadisə ilə bağlı hələ ki ətraflı məlumat verilməyib. 

Almaniya rəsmiləri hadisə yerinə polis qüvvələrinin cəlb edildiyini bildirib, şahidlər isə bir polis helikopterinin olduğunu və patrul etdiyini deyirlər.