Dek 26, 2020 20:06 Asia/Baku
  • İngiltərə virusuna Fransa və İspaniyada da rast gəlinib

Fransa və İspaniyanın səhiyyə rəsmiləri İngiltərənin mutasiyaya uğramış yeni növ koronavirusunun bu iki ölıkədə də müşahidə edildiyini bildiriblər.

SəhərAzəri Röyters xəbər agentliyinə istinadən xəbər verir, Fransanın Səhiyyə Nazirliyi yeni növ koronavirusa ilk yoluxma faktının qeydə alındığını xəbər verib.

Xəstə İngiltərədə yaşayan, 19 dekabrda Londondan Fransaya dönən bir Fransız kişidir.

İspaniyanın Səhiyyə Nazirliyi də bu ölkədə İngiltərə virusuna ilk yoluxma faktının qeydə alındığını bildirib. 

Həmçinin, İtaliya və İsvrçrədə də bu virusa ilk yoluxma halı qeydə alınıb.

Londonun Yoluxucu Xəstəliklərin Riyazi Modelləşdirilməsi Mərkəzi yeni növ koronavirusun əvvəlki nümunələrə nisbətən 56 faiz daha yoluxucu olduğunu deyir.

Ümumdünya Səhiyyə Təşkilatının Avropadakı mütəxəssisləri Yeni il tətillərində səhiyyə məhdudiyyətlərinə riayət edilməzsə, avropalılar üçün dəhşətli fəsadların olacağı ilə bağlı xəbərdarlıq edib.

İngiltərədə yeni növ koronavirusun aşkar edilməsi ilə Avropa ölkələri bu ölkə ilə sərhədlərini bağlayıb, gediş-gəlişi məhdudlaşdırıblar.

Teqlər