Əfqanıstanda beş partlayış törədilib, ölənlər və yaralananlar var
https://azeri.sahartv.ir/news/dünya-i371280-Əfqanıstanda_beş_partlayış_törədilib_ölənlər_və_yaralananlar_var
Əfqanıstanın paytaxtı Kabildə silsilə partlayışlar törədilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2020 13:10 Asia/Baku
  • Əfqanıstanda beş partlayış törədilib, ölənlər və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə silsilə partlayışlar törədilib.

SəhərAzəri xəbər verir, bu barədə yerli hakimiyyətə istinadən "Associated Press" bildirib.

Məlumata görə hadisə zamanı azı iki polis zabiti həlak olub, daha iki dinc sakin yaralanıb.

Ölkə polisinin mətbuat katibi Ferdoz Faramarz bildirib ki, Əfqanıstan paytaxtının qərb hissəsində polis maşınında qoyulmuş elektromaqnit bomba asayiş keşikçilərinin həlak olmasının səbəbi olub.

Qeyd edilir ki, daha iki zabit şəhərin cənubunda törədilmiş partlayış nəticəsində yaralanıb. Üçüncü bomba Kabilin şərqində partladılıb, lakin ölən və yaralanan olmayıb.

Məlumatda azı iki partlayış haqqında da bildirilir. Ancaq polis bu hadisələr haqqında təfərrüatları açıqlamayıb.