Fransada üçüncü ümumölkə karantini icra oluna bilər
https://azeri.sahartv.ir/news/dünya-i371287-fransada_üçüncü_ümumölkə_karantini_icra_oluna_bilər
Fransa rəsmiləri qarşıdakı həftələrdə və yeni il şənliklərindən sonra pandemiyanın üçüncü dalğasının daxil olmasından nigarandırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2020 16:15 Asia/Baku
  • Fransada üçüncü ümumölkə karantini icra oluna bilər

Fransa rəsmiləri qarşıdakı həftələrdə və yeni il şənliklərindən sonra pandemiyanın üçüncü dalğasının daxil olmasından nigarandırlar.

SəhərAzəri xəbər verir, Fransanın səhiyyə naziri Oliviye Verran bildirib ki, hökumət xalqın qorunması üçün zəruri olan tədbirləri əsla bitmiş hesab etmir. Bu, o deməkdir ki, bu barədə qərara gəlmişik, amma şəraiti anbaan nəzarətdə saxlayırıq.

Belə bir halda, İngiltərədə koronavirusun yeni ştammının yayılması yeni COVID-19 xəstələrinin qəbul edilməsinin artması ilə bu ölkənin səhiyyə mərkəzlərinin şəraitini daha da böhranlı edibdir.