Dek 28, 2020 16:18 Asia/Baku
  • Almaniya

Almaniya "Şimal Axını 2" qaz kəməri layihəsi ilə bağlı ABŞ qarşısında dayanmaq əzmindədir.

SəhərAzəri Almaniyanın "N TV" kanalının məlumatına istinadən xəbər verir, Almaniyanın xarici işlər naziri Hayko Maas vurğulayıb: "Almaniya Vaşinqton ilə çəkişmədə inadkar olaraq, qalacaq və ABŞ-da hakimiyyətin dəyişməsi Almaniyanın mövqeyini dəyişdirməyəcək".

Hayko Maas Avropanın müstəqilliyinə təkid edib və deyib: "Almaniya "Şimal Axını 2" qaz layihəsi ilə bağlı mövqeyini dəyişməyəcək".

Almaniyanın xarici işlər naziri dolayısı ilə ABŞ-da Co Baydenin hakimiyyətə gəlməsindən sonra mümkün dəyişiklərə toxunaraq, Brüssel və Vaşinqton arasındakı müxtəlif məsələlər üzrə gələcək fikir ayrılıqlarından danışıb. 

"Şimal Axını 2" qaz kəməri layihəsi Rusiyanın qazını Baltik dənizinin altından Almaniyaya nəql etmək üçün inşa edilir.

Bu layihənin icrası 2019-cu ildə ABŞ sanksiyaları səbəbindən dayandırıldıqdan sonra yenidən bərpa edilib.

ABŞ bu əhəmiyyətli qaz layihəsinin həyata keçirilməsini müxtəlif bəhanələrlə dəfələrlə əngəlləyib. ABŞ-ın təxribatı Avropa rəsmilərinin müxalifəti ilə üzləşib.

Teqlər