Pfayzer vaksini vurulmuş bəzi şəxslər COVID-19-a yoluxublar
Dek 30, 2020 19:32 Asia/Baku
Amerikan Pfayzer şirkətinə məxsus olan anti-koronavirus vaksininin paylanmasından təkcə bir neçə gün sonra çox sayda allergiya və bir COVID-19-a yoluxma halı qeydə alınıbdır.
SəhərAzəri xəbər verir, bir amerikalı tibb bacısı amerikan Pfayzer şirkətinə məxsus olan anti-koronavirus vaksini ilə peyvənd edildikdən bir neçə gün sonra COVID-19-a yoluxub və hələ də onun yan təsirlərindən əziyyət çəkir.
Amerikanın Alyaska ştatında da iki tibb bacısı Pfayzer şirkətinin peyvəndinə allergiya göstəribdir.
Bundan öncə də İngiltərədə Pfayzer vaksini ilə peyvənd edilən şəxslərdə allergiya halları və yan təsirlər qeydə alınmışdı.
Almaniyada da tibb işçilərindən dörd nəfər bazar günü bu vaksinlə peyvənd edildikdən sonra xəstəxanalıq olubdur.