Əfqanıstanın cənubunda, Qəndəharda onlarla polis bölməsi süqut edib
https://azeri.sahartv.ir/news/dünya-i371416-Əfqanıstanın_cənubunda_qəndəharda_onlarla_polis_bölməsi_süqut_edib
Əfqanıstanın cənubunda yerləşən Qəndəhar vilayətində Talibanın hücumu nəticəsində onlarla polis bölməsi ələ keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2020 08:08 Asia/Baku
  • Əfqanıstanın cənubunda, Qəndəharda onlarla polis bölməsi süqut edib

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar vilayətində Talibanın hücumu nəticəsində onlarla polis bölməsi ələ keçirilib.

SəhərAzəri Ava-ya istinadən xəbər veriri ki, Əfqanıstan Milli Təhlükəsizlik Şurasının sözçüsü, polisin Qəndəhardakı onlarla nəzarət məntəqəsindən geri çəkildiyini və onları Taliban qruplaşmasına təslim etdiyini bildirib.

Rəhmətullah Əndər əlavə edib: "Nəzarət məntəqələrindən geri çəkilən polis qüvvələri mühakimə ediləcək və cəzalandırılacaq".

Qəndəharın valisi Həyatullah Həyat da deyib: "Polis qüvvələri Jiri, Meyvənd, Ərqəndab və Pencvayi şəhərlərindəki 193 nəzarət məntəqəsindən geri çəkiliblər və qısa müddət ərzində prokurorluğa göndəriliblər.

Qəndəhar Əfqanıstanın cənubundakı ən əmin-amansız vilayətlərdən biridir və bəzi bölgələr Talibanın nəzarətindədir.a