Pakistan Hindistana məxsus PUA-nı vurdu
Pakistan ordusu Hindistanın Kəşmir bölgəsindəki hava məkanını pozduğu üçün kəşfiyyat PUA-sını vurduğunu söyləyib.
SəhərAzəri ABNA-ya istinadla xəbər verir, PUA Pakistan hava qüvvələri tərəfindən ölkənin hava məkanının 100 metrlik ərazisini pozduqda vurulub.
Bu Hindistan ordusuna aid son bir ildə Pakistan qüvvələri tərəfindən vurulan 16-cı PUA idi.
Pakistan ordusu baş nazir və xarici işlər naziri də daxil olmaqla Pakistan rəsmilərinin son iki həftədə Hindistandan Pakistana saxta hücum planlaşdırdığını xəbərdar etməsindən sonra, Hindistan kəşfiyyat PUA-sının vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Bu arada, Kəşmir bölgəsindəki iki tərəf arasında sərhəd toqquşmaları bir daha baş verib. Son bir həftədə Hindistan tərəfi ilə baş verən qarşıdurmalarda iki Pakistan əsgəri həlak olub və ən azı altı dinc sakin öldürülüb və yaralanıb.