Yan 04, 2021 08:06 Asia/Baku
  • Pelosi yenidən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri seçilib

Nensi Pelosi dördüncü və son dəfə olaraq ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri seçilib.

SəhərAzəri TASS xəbər agentliyinə istinadən bildirir ki, Demokrat Nensi Pelosi bazar günü öz işinə başlayan 117-ci çağırış ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri seçilib. 

Demokratlar Partiyasının 80 yaşlı təmsilçisi konqresmenlərin əksəriyyətinin dəstəyini qazanıb. O, 55 yaşlı Respublikaçı Kevin Makkartini üstələməyi bacarıb.

Pelosi dördüncü dəfə aşağı palatanın spikeri olub. 80 yaşlı Pelosi bu vəzifəni 116-cı çağırış Konqresdə və 2007-ci ilin yanvarından 2011-ci ilin yanvarına qədər (110-cu və 111-ci çağırışlar) tutub.

ABŞ Demokratlar Partiyası 3 noyabr 2020-ci il tarixində keçirilən ümumseçkilərin sonunda mandatlardan bir hissəsini itirib, ancaq yenə də Nümayəndələr Palatasındakı üstünlüyünü qoruyub.

Teqlər