Koronavirusun "İngiltərə" variantının uşaqlar üçün daha təhlükəlidir
İngiltərədə koronavirusun müəyyən edilmiş yeni ştammı uşaqlar üçün çox təhlükəli olduğu açıqlanıb.
SəhərAzəri “Russian Today” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Londonun Kraliça Meri Universitetinin epidemiologiya üzrə baş müəllimi Dipti Qurdasani bildirib ki, İngiltərədə koronavirusun müəyyən edilmiş yeni ştammı uşaqlar üçün çox təhlükəlidir.
Qurdasani, İngiltərədə aşkar olunmuş koronavirusun yeni mutasiyasının 19 yaşınadək olan uşaqlar və gənclər üçün daha çox yoluxucu olduğunu qeyd edib.
Qurdasani əlavə edib: "Həm də uşaqlarda bu növ koronavirusun simptomlarının yaranma ehtimalı daha yüksək ola bilər"
Onun sözlərinə görə, yeni koronavirus ştammı uşaqlardan böyüklərə də keçə bilər ki, bu da daha ağır xəstəliyə gətirib çıxarır.
Qeyd edək ki, son sutka ərzində İngiltərədə 54 990 nəfərin COVID-19 testi müsbət nəticə verib, 454 nəfər isə bu virusdan ölüb. Ümumilikdə ölkə ərazisində 2 654 779 nəfərdə koronavirus aşkar olunub, virusa yoluxmuş 75 024 nəfər isə həyatını itirib.