Yan 04, 2021 13:31 Asia/Baku
  • Donald Trampın qalmaqallı dialoqu ifşa olunub

"Vaşinqton Post" qəzetində ABŞ prezidenti Donald Trampın Corciya ştatının yerli naziri ilə Co Baydenin səslərini lğəv etməyə dair söhbətinin ifşa olunması ABŞ rəsmilərinin geniş reaksiyasına səbəb olub.

SəhərAzəri xəbər verir, "Vaşinqton Pst" bir səs yazısına əsasən ifşa edib ki, Tramp Corciya ştatının rəsmiləri ilə 2020-ci ildə keçirilən seçkilərin nəticəsini dəyişdirmək üçün telefon əlaqəsi saxlayıb.

Qəzetin yazdığına görə, Tramp Corciya rəsmisindən 11 min səsi Trampın lehinə yenidən saymasını istəyib.

Bu səs yazmasının ifşa olunmasından sonra ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin müavini Kamala Harris Trampın bu hərəkətini "səlahiyyətlərindən kobud və həyasız sui-istifadə" kimi dəyərləndirib.

Corciyanın demokrat nümayəndəsi Hanq Conson trampın istefa verməsinin lazım olduğunu deyib. 

Aleksandriya Okasio-Kortez ABŞ Nümayəndələr Palatasının demokrat üzvü isə, Trampın bu hərəkətinin impiçmentə layiq olduğunu söyləyib.

Həmçinin, ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü  Adam Kinzinqer, Trampın Baydenin səslərini ləğv etməyə dair çağırışını dəhşətli və qorxulu adlandırıb.

Teqlər