Yan 05, 2021 12:32 Asia/Baku
  • Tramp prezident seçkilərinin

ABŞ-ın hazırkı prezidenti Donald Tramp noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin "həqiqi" nəticələrini göstərəcəyinə söz verib.

SəhərAzəri xəbər verir, ABŞ lideri bu barədə “Twitter” hesabında bildirib.

“Təsdiqlənmiş nəticələrin etibarlı şəkildə səhv olduğu halda səsvermənin nəticələrini necə təsdiq edə bilərsiniz? Gerçək rəqəmləri mənim çıxışım zamanı görəcəksiniz, lakin yanvarın 6-da”, Tramp əlavə edib. 

Tramp, həmçinin Corciya ştatında çıxışı zamanı məğlub olduğu səkkiz ştatda qələbə qazanmaq niyyətində olduğunu açıqlayıb.

Tramp ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin onu lağa qoymasına, koronavirusa qarşı mübarizə aparmaq əvəzinə, seçkilərin nəticəsinə görə şikayətləndiyini deməsinə də münasibət bildirib.

“Demokratlar deyirlər ki, mən Corciya haqqında şikayət edirəm. Xeyr. Mən səkkiz ştatdan şikayət edirəm və onların hamısını qazanacağımı düşünürəm. Baxın, növbəti bir neçə həftədə nə olacaq, nə baş verəcək”, - deyə Tramp qeyd edib.

Teqlər