Vaşinqtonda 15 günlük fövqəladə vəziyyət elan edilib
https://azeri.sahartv.ir/news/dünya-i371717-vaşinqtonda_15_günlük_fövqəladə_vəziyyət_elan_edilib
Vaşinqtonda fövqəladə vəziyyətin müddəti uzadılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2021 07:24 Asia/Baku
  • Vaşinqtonda 15 günlük fövqəladə vəziyyət elan edilib

Vaşinqtonda fövqəladə vəziyyətin müddəti uzadılıb.

SəhərAzəri xəbər verir, bu barədə Kolumbiya ştatının meri Myuriel Bauzer bildirib.

Fövqəladə vəziyyətin daha 15 gün uzadıldığını vurğulayan mer qeyd edib ki, ABŞ prezidenti Donald Tramp qəzəb və şiddətə heyrandır.

Daha əvvəl şəhərdə saat 18:00-06:00 (yerli vaxtla) komendant saatı elan olunub.

Vaşinqtonun polis rəisi isə bildirib ki, prezident D. Trampın tərəfdarlarının ABŞ Konqresinə hücumu nəticəsində baş verən toqquşmalarda dörd nəfər ölüb, polis 52 nəfəri həbs edib.

Xatırladaq ki, hazırkı prezident D. Trampın tərəfdarları yeni seçilmiş prezident Co Baydenin qələbəsinin Senat tərəfindən təsdiqlənməsinə mane olmaq üçün oraya hücum edib.