Avropada COVID-19-a yoluxanların sayı 25 milyon nəfəri keçib
https://azeri.sahartv.ir/news/dünya-i371785-avropada_covid_19_a_yoluxanların_sayı_25_milyon_nəfəri_keçib
Röyters informasiya agentliyi Avropa qitəsində koronavirusa yoluxanların sayının artaraq, 25 milyon nəfəri ötüb keçməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2021 12:12 Asia/Baku
  • Avropada COVID-19-a yoluxanların sayı 25 milyon nəfəri keçib

Röyters informasiya agentliyi Avropa qitəsində koronavirusa yoluxanların sayının artaraq, 25 milyon nəfəri ötüb keçməsindən xəbər verib.

SəhərAzəri xəbər verir,Röyters dünən gecə bildirib ki, Avropada COVID-19-a yoluxanların sayı 25 milyon on altı min 506 nəfərə çatıbdır.

Avropa qitəsində koroanavirusdan ölənlərin sayı isə indiyədək 559 min 863 nəfərə çatıbdır.

Avropa son zamanlar koronavirusun ikinci dalğası ilə üzləşibdir.

Bir çox Avropa ölkəsi ikinci dalğa zamanı bir çox problemlə üzləşibdir.

Hazırda əksər Avropa ölkələri koronavirusun ötürülməsi və yayılması prosesini yavaşıtmaq məqsədilə gecə gediş-gəlişi məhdudiyyətləri də daxil olmaqla yeni koronavirus məhdudiyyətlərində yaşayırlar.

İngiltərə, Fransa və İtaliya hal-hazıda Avropada ən yüksək sayda COVID-19 xəstələrinə malikdirlər.