Fransada həyəcan təbili çalınır
https://azeri.sahartv.ir/news/dünya-i371819-fransada_həyəcan_təbili_çalınır
Fransada olduqca yoluxucu olan iki növ COVİD_19 virusunun aşkar edilməsi ilə bu ölkədə həyəcan təbili çalınır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 09, 2021 10:19 Asia/Baku
  • Fransada həyəcan təbili çalınır

Fransada olduqca yoluxucu olan iki növ COVİD_19 virusunun aşkar edilməsi ilə bu ölkədə həyəcan təbili çalınır.

SəhərAzəri "Frans 24" telekanalın verdiyi məlumata istinadən xəbər verir, Fransada son 24 saat ərzində COVİD-19 virusuna 20 min yeni yoluxma faktının qeydə alınması fonunda bu ölkədə tətbiq edilən komendant saatı tezliklə daha da uzadılacaq.

Həmçinin, Fransanın O-de-Sen departamentində COVİD-19 virusunun olduqca yoluxucu növü olan Britaniya variantının aşkar edilməsi bu ölkə rəsmilərini kəskin şəkildə narahat edibdir. 

ÜST-dən verilən son statistikaya əsasən, Fransada indiyədək 2 milyon 727 min 321 nəfər koronavirusa yoluxublar, onlardan 66 min 841 nəfəri həyatını itirib.