"Bugünkü müharibə mikroskopik virusa qarşıdır"
https://azeri.sahartv.ir/news/dünya-i371890-bugünkü_müharibə_mikroskopik_virusa_qarşıdır
Quterreş vurğulayıb ki, dünya iqlim dəyişikliyi ilə mübarizədə də uduzur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2021 04:06 Asia/Baku

Quterreş vurğulayıb ki, dünya iqlim dəyişikliyi ilə mübarizədə də uduzur.

SəhərAzəri RİA Novosti-ə istinadən xəbər verir, BMT-nin baş katibi Antonio Quterreş cari ili 1945-ci illə müqayisə edib. Çünki bu gün "koronavirusla müharibə gedir".

baş katib söyləyib: "Bu gün biz elə bir an yaşayırıq ki, sanki 1945-ci ildəyik... Bugünkü müharibə mikroskopik virusa qarşıdır. Sabah isə kiberfəzada terrorçulara qarşı müharibə başlaya bilər".

O vurğulayıb ki, dünya iqlim dəyişikliyi ilə mübarizədə də uduzur. 

Dünyada pandemiya başlayandan 90 milyondan çox insan koronavirusa yoluxub, 64 milyon insan sağala bilib, 1,9 milyondan çox xəstə isə dünyasını dəyişib.