Putin və Makron Qarabağı müzakirə ediblər
Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər Qarabağ ətrafındakı son vəziyyəti müzakirə ediblər.
SəhərAzəri xəbər verir, Kreml sarayının mətbuat xidməti bir bəyanatda bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin hərəkətlərinin koordinasiyası istiqamətində, Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb. Telefon söhbəti zamanı yanvarın 11-də Moskvada keçiriləcək Rusiya, Ermənistan və Azərbaycan Respublikası liderlərinin üçtərəfli görüşü nəzərdən keçirilib.
Bəyanatda deyilir: "9 noyabr 2020-ci il tarixli birgə bəyanatın ardıcıl icra olunduğu qeyd edilib və bazar ertəsi günü keçiriləcək iclasda Dağlıq Qarabağ bölgəsinin normal vəziyyətə qaytarılması üçün addımların atılacağı bəyan edilib".
Fransa prezidenti də telefon əlaqəsində Rusiyanın Qarabağ məsələsinin həllinə yönəlmiş səylərini dəstəklədiyini bildirib və müharibədən zərər çəkmiş Qarabağ sakinlərinə, xüsusilə də müvafiq beynəlxalq qurumların iştirakı ilə humanitar yardımların göstərilməsi vacibliyini vurğulayıb.