Pakistan ABŞ-ı İrana qarşı ittiham irəli sürdüyü üçün tənqid edib
Yan 16, 2021 15:17 Asia/Baku
Pakistanın baş naziri ABŞ dövlət katibini İrana qarşı əsassız ittiham irəli sürdüyü üçün tənqid edib.
SəhərAzəri xəbər verir, İmran Xan cümə günü ABŞ-ın İrana qarşı səsləndirdiyi ittihamlara reaksiya olaraq, deyib: "ABŞ dövlət katibi Mayk Pompeonun İran İslam Respublikasına qarşı ittihamları və bu ölkəni Əl-Qaidə terror qruplaşması ilə əlaqələndirmək heç vaxt inandırıcı deyil və dünya belə bir iddianı qəbul etməyəcək".
Pakistanın baş naziri əlavə edib: "Mayk Pompeonun sözləri İsrail rejimini məmnun etmək üçün təhlükəli bir hərəkətdir".
İmran Xan vurğulayıb: "Ümumiyyətlə Mayk Pompeonun karyerası sona çatıb və ABŞ-dakı mövcud hökumətin səlahiyyət müddəti bitibdir".