Yan 17, 2021 16:52 Asia/Baku
  • Baydenin inaqurasiyası ərəfəsində Facebook-da silah vəsaitlərinin reklamına qadağa qoyulub

ABŞ-ın seçilmiş prezidentinin andiçmə mərasimi ərəfəsində Facebook bu sosial şəbəkədə silah vəsaitlərinin təbliğini qadağan edib.

SəhərAzəri xəbər verir, Facebook sosial şəbəkəsi Amerikanın yeni seçilmiş prezidenti Co Baydenin inaqurasiya mərasiminin yaxınlaşması ilə/ öz reklam qaydalarını daha da sərtləşdirib və yanvarın 22-dək bu şəbəkədə silah vəsaitlərinin reklamını qadağan edibdir.

Facebook bundan öncə silah və sursat reklamını qadağan etmişdi və bu müvəqqəti qadağa hərbi ehtiyat hissələrinə, o sıradan gülləbatmaz jiletə, silah çantasına və sairə şamil olur.

Bu tədbirlər çərşənbə günü yanvarın altısında ABŞ konqresinə edilmiş hücumdan sonra həyata keçirilir və andiçmə mərasimi ərəfəsində zorakılığın qarşısını almaq məqsədini güdür.

Belə bir halda, andiçmə mərasimi ərəfəsində Amerikada silah satışı artıbdır.

2020-ci ildə ABŞ-da silah satışı 17 milyon ədədə çatıbdır ki, bu da bir rekord sayılır.

Teqlər