Yan 21, 2021 11:00 Asia/Baku
  • Bayden ABŞ-ın ÜST-ə qayıtması barədə fərman imzalayıb

ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə münasibətləri bərpa edir.

SəhərAzəri RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Co Bayden cümə axşamı ölkəsinin ÜST-lə əlaqələrin bərpasını nəzərdə tutan fərman imzalayıb. 

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp keçən ilin iyul ayının əvvəlində ölkənin ÜST-dən çıxması ilə bağlı Konqresə rəsmi bildiriş göndərmişdi. 

Çıxış prosesi 2021-ci ilin iyulunda başa çatmalı idi. Daha əvvəl Tramp ÜST-ü tələb olunan islahatları həyata keçirməməkdə günahlandıraraq təşkilata maliyyə ayrılmasına  son verdiyini bildirmişdi. O, həmçinin, ÜST-ü koronavirus epidemiyasının miqyasını Çinin maraqları çərçivəsində gizlətməkdə günahlandırmışdı.

Teqlər