Yan 27, 2021 12:21 Asia/Baku
  • Putinlə Bayden arasında telefon danışığı olub

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə ilk telefon söhbətində onunla «Yeni Start» müqaviləsi də daxil olmaqla müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb.

SəhərAzəri xəbər verir ki, Ağ Ev bir bəyanatda bildirib ki, Bayden və Putin çərşənbə axşamı günü bu telefon söhbətində «Yeni Start» müqaviləsi, Navalnı işi və Əfqanıstan barədə məşvərət ediblər.

Məlumatlı mənbələr bildiriblər ki, Bayden Rusiya ilə diplomatiyanın qorunmasını istəyib. O, «Yeni Start» müqaviləsinin uzadılmasına olan marağını bəyan edib.

Bu mənbələr həmçinin bildiriblər ki, Bayden həmin telefon danışığında öz keçmiş həmkarlarının əksinə olaraq, əlaqələrin yenidən tənzimlənməsindən bir söz deməyib və yalnız söyləyibdir ki, bu ölkə ilə ixtilaflarını kənara qoymaq istəyir.

Bayden hökumətinin rəsmiləri ötən həftə Moskvanın bu telefon təmasını istədiyini, Baydenin də onunla razılaşdığını bildiriblər.

Amerikanın yeni hökuməti keçən həftə bildirdi ki, bu ölkə ilə Rusiya arasında «Yeni Start» adlı strateji silahların azaldılması müqaviləsini daha beş il müddətinə uzatmaq istəyir.

Bu müqavilə 2021-ci ilin fevralında bitəcək.

2010-cu ildə Rusiya ilə ABŞ arasında bağlanmış «Yeni Start» müqaviləsinə əsasən, iki ölkə maksimum yeddi yüz qitələrarası ballistik raket və strateji qırıcı-bombardmançı təyyarə üzərində quraşdırılmış strateji nüvə başlıqlarının sayını 1550-ə qədər məhdudlaşdırmaq barədə razılaşıbdır.

Teqlər