Yan 29, 2021 16:27 Asia/Baku
  • Quterreş nüvə anlaşmasının bütün tərəflərini həmkarlığa çağırıb

BMT-nin baş katibi gərginliyin azaldılması üçün nüvə anlaşmasının bütün tərəflərini həmkarlığa çağırıb.

SəhərAzəri xəbər verir, Antonio Quterreş, Amerikanın bitərəfli və qanunsuz şəkildə nüvə anlaşmasından çıxdığına görə, bu anlaşma barədəki mübahisəli məsələlərin dərhal həll olunacağı ehtimalını rədd edibdir.

BMT-nin baş katibi  bir mətbuat konfransında həmin məsələni qeyd edərək, bildiribdir ki, nüvə anlaşması üçün təcili bir həll yolu gözləmir.

Quterreş vurğulayıb: Amerikanın nüvə anlaşmasından çıxması və İrana qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı çox sayda problem, maneə və mürəkkəblik mövcuddur.

Amerikanın sabiq prezidenti 2018-ci ildə birtərəfli surətdə nüvə anlaşmasından çıxdı və bu qanunsuz əməldən sonra vəd verdi ki, «maksimum təzyiq kampaniyası» siyasətini yürütməklə, İranı, onun zənnincə, «daha yaxşı anlaşma»ya çatmaq üçün müzakirə masasının arxasında oturmağa məcbur edəcək, lakin o, bu hədəfinin reallaşmasında nakam qaldı.

İran İslam Respublikası dəfələrlə təkid edibdir ki, bu ölkənin nüvə proqramı dinc məqsədlər güdür. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də dəfələrlə bu proqramın dincməqsədli olduğunu təsdiq edibdir.

Teqlər