Fransa iqtisadiyyatının koronavirus paraşütü ilə süqutu
Fransa iqtisadi olaylar və statistika üzrə milli müəssisəsinin bildirdiyinə görə, bu ölkə iqtisadiyyatı ikinci dünya savaşından bu yana, misli görünməmiş bir durğunluqla üzləşibdir.
SəhərAzəri xəbər verir ki, 2020-ci ilin dördüncü rübündə Fransa iqtisadiyyatının mənfi inkişafı, bir tam onda üç faiz elan olunub.
Fransa iqtisadi olaylar və statistika üzrə milli müəssisəsi- İNSİ, bu mənfi inkişaf miqdarını hesablamaqla ötən milad ilində həmin ölkənin ümumi daxili istehsalını səkkiz tam onda üç faizlik azad bir süqutla qeydə aldırıb.
Koronavirus pandemiyası və onun ağır davamı bais olub ki, Fransa hökuməti bu yeni meydana gəlmiş virusu aradan qaldırmaq üçün iqtisadi fəaliyyətləri məhdudlaşdırsın, əksər hallarda isə dayandırsın.
Fransanın iqtisadiyyat naziri Bruno Lumer deyir:
m.k- Fransa iqtisadiyyatının durğunluq rəqəmləri o qədər geniş miqyas alıbdır ki, bu, son onilliklərdə misilsiz olubdur. Şirkətlərin müflis olmalarından irəli gələn iri həcmdə işsizlik hökumət üçün çox ağır vəziyyət yaradıb. Belə bir müstəsna vəziyyət qarşısında müstəsna qərarlar çıxarılmalıdır.
Bu şərait ailələrin istehlak səviyyəsini yeddi faizdən çox azalma ilə üzləşdirib.
Xarici investisiyanın nəzərəçarpacaq dərəcədə azalması, xarici ticarətdə kəsirlərin 68 milyard avro ilə artması və büdcənin 300 milyard avroluq kəsiri Fransa iqtisadiyyatının durğunluğunun son dərəcə mühüm cəhətlərindən elan olunubdur.
Koronavirus böhranı ilə bağlı xərclərin kəskin tərzdə artması, Fransa hökumətinin ümumi borcunu tarixiləşdirərək, 2020-ci ildəki iki trilyard 612 milyard avrodan cari milad ilinin sonunadək ehtimal üzrə iki trilyard 798 milyard avroya çatdıracaqdır.