Fev 02, 2021 18:59 Asia/Baku
  • BMT Myanmadakı vəziyyətdən narahatlığını ifadə edib

BMT baş katibinin sözçüsü Myanmadakı çevrilişdən sonra Rohinca müsəlman azlığı ilə bağlı vəziyyətin pisləşməsi ehtimalından narahat olduğunu bildirib.

SəhərAzəri xəbər verir ki, Stefan Ducarrik deyib: Son olaylar Rohinca mühacirlərinin Banqladeşdən təhlükəsiz və könüllü şəkildə geri dönmələri ehtimalına mənfi təsir göstərəcək.

Ducarrik sonra deyib: Bizim dəyərləndirmələr göstərir ki, Rohinca azlığından təqribən altı yüz min nəfər hələ də Arakan əyalətində yaşayır və onlardan yüz iyirmi min nəfəri düşərgələrdə saxlanılır.

BMT baş katibinin sözçüsü sonra söyləyib: Onlar azad şəkildə get-gəl edə bilmirlər; səhiyyə və təhsil üzrə ibtidai xidmətlərə nail olmaları da olduqca məhduddur.

Teqlər