ABŞ-ın sanksiyalar resursu tükəndi, özü tələyə düşdü
https://azeri.sahartv.ir/news/dünya-i372910-abŞ_ın_sanksiyalar_resursu_tükəndi_özü_tələyə_düşdü
ABŞ Prezidenti Cozef Baydenin köməkçiləri dərk edirlər ki, Vaşinqtonun Rusiyaya qarşı birtərəfli yeni sanksiyalar tətbiq etməsi imkanları əhəmiyyətli səviyyədə tükənib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2021 07:56 Asia/Baku
  • ABŞ-ın sanksiyalar resursu tükəndi, özü tələyə düşdü

ABŞ Prezidenti Cozef Baydenin köməkçiləri dərk edirlər ki, Vaşinqtonun Rusiyaya qarşı birtərəfli yeni sanksiyalar tətbiq etməsi imkanları əhəmiyyətli səviyyədə tükənib.

SəhərAzəri  Axar-a istinadən xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” yayıb.

Məqalədə bildirilib ki, Bayden Rusiya və Myanmadakı hadisələrlə əlaqədar sanksiyalar tətbiq edəcəyini söyləyib, ancaq köməkçiləri ABŞ-ın Rusiya ilə bağlı bütün sanksiya resurslarını əhəmiyyətli dərəcədə xərclədiyini xatırladıblar:

“Son zamanlar Amerika sanksiyaları daha az təsir edir. ABŞ dəfələrlə Rusiya, Çin, İrana qarşı sanksiyalar tətbiq edib, amma bu ölkələrdə Vaşinqton arzuladığına nail olmayıb”.

Qəzetə açıqlama verən ABŞ-ın NATO-dakı Daimi Nümayəndəliyinin keçmiş rəhbəri İvo Daalder Vaşinqtonun istənilən problemə sanksiyalarla cavab verməklə tələyə düşdüyünü bildirib.