Co Baydenin açıqlamalarına Rusiyadan reaksiya
https://azeri.sahartv.ir/news/dünya-i372944-co_baydenin_açıqlamalarına_rusiyadan_reaksiya
Kremlin mətbuat katibi Dmitri Peskov, ABŞ Prezidenti Co Baydenin Rusiya ilə bağlı açıqlamalarına cavab verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 06, 2021 05:38 Asia/Baku
  • Co Baydenin açıqlamalarına Rusiyadan reaksiya

Kremlin mətbuat katibi Dmitri Peskov, ABŞ Prezidenti Co Baydenin Rusiya ilə bağlı açıqlamalarına cavab verib.

SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki. Peskov cavabında "Bu açıqlamalar aqressiv və konstruktiv deyil. Rusiya ABŞ-ın ultimatumlarına dözməyəcək",- deyə cavab verib. Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden, Donald Tramp dövrünə toxunaraq Rusiyanın təcavüzkar hərəkətləri qarşısında ABŞ-ın təslim olduğu günlərin bitdiyini bildirmişdi.

Rusiyanın ABŞ-ın ultimatumlarına dözməyəcəyini söyləyən Peskov, həmçinin iki ölkənin dialoqlara davam edəcəklərinə ümid etdiklərini bildirib.