Fev 07, 2021 17:39 Asia/Baku
  • Rusiya XİN : Avropalı diplomatların Rusiyadan çıxarılması məcburi addımdır

Rusiya XİN avropalı diplomatların Rusiyadan çıxarılmasını məcburi bir addım kimi qiymətləndirib

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsiMariya Zaxarova “Rossiya 1” telekanalına açıqlamasında bildirib.

O, deyib ki, Qərb ölkələri rəsmi Moskvanı məcbur edir ki, qanunsuz aksiyalarda iştirakına görə, Almaniya, İsveç və Polşa diplomatlarını Rusiyadan çıxarsın.

Söhbət İsveç və Polşanın Sankt-Peterburqdakı baş konsulluqlarının və Almaniyanın Moskvadakı səfirliyinin diplomatik heyətindən gedir.

"Təəssüf ki, biz sadəcə məcburiyyətində qaldığımız tədbirləri görməli oluruq”

 

 

 

Teqlər