AP Ərəbistana və BƏƏ-yə silah satışının qadağan olunmasını istəyib
https://azeri.sahartv.ir/news/dünya-i373183-ap_Ərəbistana_və_bƏƏ_yə_silah_satışının_qadağan_olunmasını_istəyib
Avropa Parlamenti bir qətnamə qəbul edərək, Yəməndə insan haqlarını pozduqlarına görə, Ərəbistana və əmirliklərə silah satışının qadağan olunmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 12, 2021 10:58 Asia/Baku
  • AP Ərəbistana və BƏƏ-yə silah satışının qadağan olunmasını istəyib

Avropa Parlamenti bir qətnamə qəbul edərək, Yəməndə insan haqlarını pozduqlarına görə, Ərəbistana və əmirliklərə silah satışının qadağan olunmasını istəyib.

SəhərAzəri xəbər verir, Avropa qanunvericiləri vurğulayıblar: Avropa Birliyinə üzv ölkələrdən bəzilərinin Ərəbistana və əmirliklərə silah satışı üzrə hərəkətləri Avropa Şurasının birgə mövqeyinin pozulması sayılır.

Avropa Parlamentinin nümayəndələri həmçinin Avropa Birliyindən və ona üzv ölkələrdən istəyiblər ki, insan haqları pozucularını cavadeh etmək üçün əldə olan bütün vasitələrdən istifadə etsinlər.

İngiltərə/ Yəməndə yüksək tələfat miqdarından əlavə, on minlərlə nəfərin yaralanmasına və dağıntıya bais olan bu müsəlman ölkəsində müharibənin başlandığı zamandan bəri Səudiyyə Ərəbistanına təqribən beş milyard funt-sterlinqlik silah satışı barədə lisenziya verib və səud qüvvələrin təlimində ciddi rola malik olubdur.

Ərəbistan/ ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə qarşı hərbi hücum keçirərək, bu ölkəni mühasirə etdi.