Fev 15, 2021 14:32 Asia/Baku
  • Amerikada evsizlik fenomeninin yayılması

Öncə müvəqqəti bir problem kimi görünən Amerika cəmiyyətində evsizlik fenomeni hazırda koronavirusun bu ölkədə geniş şəkildə yayılmasına görə, ciddi və həllolunmaz bir problemə çevrilibdir.

SəhərAzəri xəbər verir ki, US Today» qəzetinin yazdığına görə, Amerikada koronavirus epidemiyasının azalmamasına görə, bu ölkə işsizliyin kəskin tərzdə artması və nəticədə evsiz insanların sayının son dərəcə artması ilə üzləşib. Belə ki, hər beş yüz min amerikalıdan təqribən bir nəfər öz evindən çıxarılaraq, küçəyə qovulubdur.

Avtomobillər günbəgün artan formada evsiz insanların məskunlaşma məkanlarına çevriliblər; əlbəttə, əgər onlaR avtomobilə malik olmaq xərcini təmin edə bilərlərsə.

Hər gün daha çox sayda insan alternativ yaşayış məkanı kimi avtomobillərə üz tutur.

Evsiz-eşiksiz insanların daima yerdəyişmədə olmalarını nəzərə alsaq, daha daimi yaşayış məkanına malik olmayan bu şəxslərin dəqiq sayı elan olunmuş rəsmi statistikadan daha çox ola bilər.

Beləliklə, hər gün Amerika əhalisindən daha çox insanın evsizlər cərgəsinə qoşulmasına və qarışıq bir şəraitdə yaşamağa məcbur olmasına görə, suya əlçatanlıq və ya zibilin tullanması kimi gündəlik problemlər evsiz insanlar arasındakı toqquşmaların kəskinləşməsinə gətirib çıxarıbdır.

Belə bir halda, təhlükəsizlik problemləri də bu evsiz vətəndaşların digər problemlərini dərinləşdirməkdə davam edir.

"İqtisadi dəyirmi masa" tədqiqat təşkilatının hesabatında bu nəticəyə gəlinibdir ki, iş yerlərinin illik azalması ilə 2023-cü ilin sonunadək Amerikada evsizlik prosesinin ardıcıl surətdə artmasının şahidi olacağıq.

Con Hopkins Universitetinin elmi-texniki mərkəzinin məlumatına görə, Amerikada koronavirusa yoluxanların sayı 27 milyon 600 min nəfəri ötüb keçib. Bu xəstəlikdən vəfat edənlərin sayı isə 485 min nəfərdən çox olubdur.

Teqlər