Fev 27, 2021 16:31 Asia/Baku
  • ABŞ İvanişviliyə qarşı sanksiyalara hazırlaşır

Hazırda Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi ilə bağlı diskusiyalar aparılır.

SəhərAzəri  Dəyərlər.org-yə istinadən xəbər verir ki, bunu ABŞ Senatının Xarici Münasibətlər Komitəsinin aparat rəhbəri Kris Soça deyib.

“Mümkün sanksiyalar Senat və Nümayəndələr Palatasında müzakirə edilir. Bu halda iki məsələyə baxmaq olar. Dövlət Departamentinin imkanı var ki, əgər İvanişvilinin ABŞ-da hesabları varsa, onu bloklasın.

İkinci imkan səfər qadağasıyla bağlıdır. Əgər İvanişvilinin özü ABŞ-a getmirsə, onun səyahət edən uşaqları var”, – deyə o bildirib.

Teqlər