Fev 27, 2021 19:05 Asia/Baku
  • S-400 yunanlarda olan sistemdən daha təhlükəlidir - ABŞ

ABŞ Müdafiə Nazirliyinin sözçüsü deyib: Ruslar s-400 və bu kimi satışlardan gəlir, təminat və nüfuz əldə edir.

SəhərAzəri xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Rusiya istehsalı olan S-400-lərin NATO və ABŞ üçün S-300-lərdən daha böyük təhlükə olduğunu bildirib.

"S-400 NATO və ABŞ-a qarşı yaratdığı risk baxımından köhnə sistemlərdən daha böyük təhdiddir. Türkiyəni bu sistemi əlində saxlamamağa çağırırıq. Türkiyə dəyərli bir NATO müttəfiqidir, ancaq bu məsələ Türkiyənin ABŞ və NATO müttəfiqi olaraq öhdəlikləri ilə uyğun gəlmir".

Qeyd edək ki, Yunanıstanda S-300 sistemləri olsa da, NATO və ABŞ buna etiraz etməyib.

Teqlər