Mart 03, 2021 09:49 Asia/Baku
  • Aİ Navalnı ilə bağlı Rusiya rəsmilərinə sanksiya tətbiq edib

Avropa İttifaqı həbsdəki müxalif blogger Aleksey Navalnı ilə bağlı rusiyalı rəsmilərə sanksiya tətbiq edib.

SəhərAzəri  APA-ya istinadən xəbər verir ki, Avropa İttifaqı Rusiyanın Baş prokuroru, İstintaq Komitəsinin rəhbəri, Cəzalara Nəzarət üzrə Federal Xidmətin rəhbəri və “Rosqvardiya”nın rəisinə sanksiya tətbiq edib.  

Səyahət qadağası və hesabların dondurulmasını özündə ehtiva edən sanksiyalar bu gündən qüvvəyə minir. Bundan əlavə, Aİ-dəki şəxslərin və təşkilatların, birbaşa və ya dolayı yolla sanksiya tətbiq olunanları vəsaitlə təmin etməsi qadağandır.  

Bununla bağlı Rusiya Dövlət Duması və Federasiya Şurası Aİ-nin yeni sanksiyalarına münasibət bildirib. Dumanın beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Aleksey Çepa sanksiyaları nonsens adlandırıb.   

Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabbarov isə ölkəsinin bu sanksiyalara cavab verməli olduğunu vurğulayıb və deyib ki, bu cavab sanksiyaları Avropa İttifaqı ölkələrinin hər birinə aid olacaq. 

Teqlər