ABŞ xalqı qida, mənzil və dərmanın təminində ciddi problem yaşayır
Aparılan araşdırmanın nəticələrinə əsasən, işsizlik müavinəti alan ABŞ ailələrinin üçdə biri yemək, mənzil və tibbi xidmət daxil olmaqla normal xərclərini ödəməkdə ciddi problemlərlə qarşılaşıb.
SəhərAzəri xəbər vrir ki, Röyters-in məlumatına görə, ABŞ Ticarət Nazirliyinin Statistika İdarəsinin 3-15 fevral tarixləri arasında apardığı son araşdırmanın nəticəsi göstərir ki, İşsizlik sığortası və pensiyadan istifadə edən Amerika ailələrinin təxminən üçdə biri yəni 31,2 faizi əsas ehtiyaclarını təmin etmək üçün ciddi problemlər yaşayırlar.
Bu tədqiqat, həmçinin, işsizlik müavinəti və pensiyaların həddən artıq səxavətli olduğunu və insanları iş tapmaqdan çəkindirdiyini iddia edən bəzi mütəxəssislərə meydan oxuyur.
Ən az 18 milyon amerikalı pensiya və işsizlik müavinəti alır.
Bundan əvvəl ABŞ Federal Ehtiyat Sisteminin sədri tənəzzüldən sonra əmək bazarında hansısa canlanmanın müşahidə olunmadığını, nəticədə ABŞ-ın bu il maksimum məşğulluğa qayıtmasının heç bir şəkildə mümkün olmadığını vurğulayıb.
ABŞ-da koronavirusun yayılmasından bir ilin keçməsinə baxmayaraq, bu ölkə hələ də bu virusun təsiri nəticəsində işsizlik və müəssisələrinin bağlanmasından əziyyət çəkir.