Portlenddə amerikalı etirazçıların aksiyası yatırılıb
ABŞ-ın təhlükəsizlik qüvvələri bu ölkənin Oreqon ştatının Portlend şəhərində polis zorakılığına və rasizmə qarşı keçirilən aksiyaya basqın ediblər.
SəhərAzəri xəbər verir ki, ABŞ-ın təhlükəsizlik qüvvələri Antifa hərəkatına üzv etirazçıların Portlend ədliyyə idarəsinin binası qarşısındakı iştirakı ilə bir zamanda, bu məkana basqın edərək, etirazçılara tərəf gözyaşardıcı qaz buraxıblar.
Etirazçılar da öz növbələrində Amerika bayrağını yandırıblar.
Portlend də daxil olmaqla Amerikanın müxtəlif şəhərləri 2020-ci il mayın 25-dən bəri etirazçı əhalinin bu ölkə polisinin rasistcəsinə rəftarına qarşı aksiyaları səhnəsidir.
Amerika polisinin ağdərili bir zabiti 2020-ci il mayın 25-də Minesota ştatının Minneapolis şəhərində qaradərili Amerika vətəndaşı Corc Floydu qətlə yetirdi.
Bu cinayət Amerika xalqının hiddətinə səbəb oldu.
Son aylar Amerikada keçirilən etiraz aksiyalarında minlərlə nəfər yaralanıb və həbs olunubdur.