Polisin öldürdüyü qaradərilinin ailəsinə 27 milyon dollar ödəniləcək
https://azeri.sahartv.ir/news/dünya-i374353-polisin_öldürdüyü_qaradərilinin_ailəsinə_27_milyon_dollar_ödəniləcək
ABŞ-ın Minneapolis (Minnesota ştatı) şəhər rəhbərliyi ötən ilin yazında polisin həbsi zamanı vəfat edən afroamerikalı Corc Floyd ailəsinin məhkəmə davasının həlli çərçivəsində 27 milyon dollar ödəyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2021 08:10 Asia/Baku
  • Polisin öldürdüyü qaradərilinin ailəsinə 27 milyon dollar ödəniləcək

ABŞ-ın Minneapolis (Minnesota ştatı) şəhər rəhbərliyi ötən ilin yazında polisin həbsi zamanı vəfat edən afroamerikalı Corc Floyd ailəsinin məhkəmə davasının həlli çərçivəsində 27 milyon dollar ödəyəcək.

SəhərAzəri Modern.az-a istinadən xəbər verir ki,  ödəniş məbləği cümə günü keçirilmiş bələdiyyə iclasında müəyyən edilib. Qərar yekdilliklə qəbul edilib.

Afroamerikalının yaxınlarının vəkili Bencamin Kramp bildirib ki, “bu, bir qaradərilinin ölümü ilə bağlı məhkəmə müzakirələri başlamazdan əvvəl ödənilə biləcək ən böyük məbləğdir”.

Qeyd edək ki, keçən ilin iyul ayında C.Floydun yaxınları Minneapolis rəhbərliyinə və dörd keçmiş polis əməkdaşına qarşı təzminat tələbilə iddia qaldırıb.

Ehtimal olunurdu ki, təzminat ödənişinin miqdarı məhkəmə tərəfindən təyin olunacaq. Bununla belə, təzminat məbləğinin miqdarı barədə əldə olunmuş razılığın məhkəmə prosesinin dayandırılmasına təsir etməyəcəyi deyilir.