Zaxarova: "Rusiyanın güclü müdafiə sistemləri ilə, Qərb hücum etməyə cəsarət etmir"
https://azeri.sahartv.ir/news/dünya-i374436-zaxarova_rusiyanın_güclü_müdafiə_sistemləri_ilə_qərb_hücum_etməyə_cəsarət_etmir
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi bu ölkənin müdafiə gücünə toxunaraq, deyib: "Qərb Rusiyaya qarşı kəşfiyyat müharibəsi aparır"
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2021 05:51 Asia/Baku
  • Zaxarova:

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi bu ölkənin müdafiə gücünə toxunaraq, deyib: "Qərb Rusiyaya qarşı kəşfiyyat müharibəsi aparır"

SəhərAzəri xəbər verir ki, Mariya Zaxarova deyib: "Qərb Rusiyaya birbaşa hücum etməyə cəsarət etmir, çünki Rusiya ona qarşı istənilən hücumları təsirsiz edən etibarlı bir müdafiə sistemi qurub".

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib: "Əgər ABŞ, Yaponiyada reket və ya raket əleyhinə sistem yerləşdirərsə, Rusiya da milli təhlükəsizliyini qorumaq üçün buna adekvat cavab verəcək".

"Dünyanın müxtəlif bölgəsində istənilən formada qısa və ya orta mənzilli raketlərin yerləşdirilməsi sonu bilinməyən yeni silah yarışına səbəb olacaq", - deyə M.Zaxarova qeyd edib.