Duma sədri Baydenin Putinə qarşı açıqlamalarını Rusiyaya hücum kimi dəyərləndirib
Rusiya Dövlət Dumasının sədri ABŞ prezidentinin rus həmkarına qarşı təhqiramiz açıqlamalarına reaksiyada deyib: "Bayden əslində Rusiya xalqını təhqir edib və Putinə hücum Rusiyaya qarşı hücumdur".
SəhərAzəri xəbər verir ki, ABŞ prezidenti Co Bayden "ABS NEWS" kanalına verdiyi müsahibədə Rusiya prezidentini qatil adlandırıb.
Bayden Rusiyanı son ABŞ prezident seçkilərinə müdaxilə etməkdə günahlandıraraq, Rusiya prezidenti Vladimir Putinin ABŞ seçkilərində müdaxilənin bədəlini ödəyəcəyini iddia edib.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putin haqqında bəyanatına münasibət bildirərkən deyib: "Bayden öz bəyanatı ilə ölkəmizin vətəndaşlarını təhqir edib. Bu gücsüzlükdən doğan isterikadır. Putin bizim prezidentimizdir, ona hücumlar ölkəmizə edilən hücumlardır".
ABŞ kəşfiyyat cəmiyyəti bu yaxınlarda bir hesabatda iddia edib ki, Rusiyanın Donald Trampın yaxın ətrafına nüfuz etmək üçün müavinləri vasitəsi ilə uğurlu bir kəşfiyyat əməliyyatı aparıb. İddiaya əsasən, Rusiyanın kəşfiyyat xidməti Co Baydeni zəiflətmək məqsədilə Trampa yaxın agentləri vasitəsi ilə ABŞ-ın siyasi quruluşu haqqında yalan məlumatlar yayıb