Yaponiyada 7,2 bal gücündə zəlzələ baş verib
Mart 20, 2021 22:18 Asia/Baku
Yaponiyanın Miyaqi əyalətində 7,2 bal gücündə zəlzələ baş verib.
SəhərAzəri xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyi məlumat yayıb.
Zəlzələdən sonra sunami ilə bağlı xəbərdarlıq edilib.
Zəlzələ eyni zamanda İvate, Akita, Qunma, Fukusima, Saitama, Aomori və paytaxt Tokionun şimal-şərqində hiss edilib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.