Mart 25, 2021 19:45 Asia/Baku
  • Modidən İmran Xana məktub: “Dost və səmimi münasibətlər istəyirik”

Hindistanın baş naziri Narendra Modi pakistanlı həmkarı İmran Xana məktub yazaraq, iki ölkə arasındakı dostluq və səmimi münasibətlərə çağırıb.

SəhərAzəri   Deyerler.org-dan nəql edir  ki, Modinin 22 martda İmran Xana yazdığı məktub Xarici İşlər Nazirliyi vasitəsi ilə İslamabaddakı Hindistan Ali Komissiyası tərəfindən Pakistanın baş nazirinə göndərilib.

 Məktubda Modi Pakistan xalqını Pakistan günü münasibətilə təbrik edib: “Hindistan qonşu ölkə olaraq, Pakistan xalqı ilə səmimi münasibətlər qurmağa çalışır, bunun üçün terrorizm və düşmənçilikdən azad etimad mühiti yaradılmalıdır”.

 O, həmçinin koronavirus epidemiyası ilə mübarizə aparmaq üçün baş nazirə və Pakistan xalqına uğurlar arzulayıb, virusu bəşəriyyət üçün çətin dövr adlandırıb.

Teqlər