Rusiya Ukrayna sərhədində hərbi düşərgə yaradıb
https://azeri.sahartv.ir/news/dünya-i375487-rusiya_ukrayna_sərhədində_hərbi_düşərgə_yaradıb
Rusiya Silahlı Qüvvələri Ukrayna sərhədi yaxınlığında yeni səhra düşərgəsi yaradıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2021 08:04 Asia/Baku
  • Rusiya Ukrayna sərhədində hərbi düşərgə yaradıb

Rusiya Silahlı Qüvvələri Ukrayna sərhədi yaxınlığında yeni səhra düşərgəsi yaradıb.

SəhərAzəri xəbər verir ki,bunu “Conflict İntelligence Team” jurnalist araşdırmaları layihəsinin rəhbəri Ruslan Leviyev deyib.

 Leviyevin sözlərinə görə, düşərgə 3-4 km uzunluqda ərazini əhatə edir və hərbi texnika ilə doludur.

 “Voronej yaxınlığında yerləşən düşərgə səhra mətbəxi, hospital və çadır şəhərciyi ilə təchiz olunub”, - Leviyev bildirib.

 Jurnalist bildirib ki, düşərgənin varlığı barədə ora yaxın yaşayan sakinlərdən öyrənib.