“ABŞ axmaq siyasi xətt yürüdür” - Lavrov
https://azeri.sahartv.ir/news/dünya-i375495-abŞ_axmaq_siyasi_xətt_yürüdür_lavrov
“Vaşinqtonun Moskvaya qarşı siyasi xəttinin sonu yoxdur”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2021 10:55 Asia/Baku
  • “ABŞ axmaq siyasi xətt yürüdür” - Lavrov

“Vaşinqtonun Moskvaya qarşı siyasi xəttinin sonu yoxdur”.

SəhərAzəri  “Qafqazinfo” -a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə danışıqlardan sonra verdiyi açıqlamada bildirib.

 “Atlantik Şurası kimi Vaşinqton yönümlü bir quruluş belə ABŞ-ın Rusiyaya münasibətdə tamamilə çıxılmaz və bəlkə də axmaq siyasi xəttini tənqid edən materiallar yayımlayır”,- deyə Lavrov qeyd edib.

 Onun sözlərinə görə, sanksiyaların tətbiq olunduğu dövr daxil olmaqla belə bir xətt dövlətin daha əvvəl elan etdiyi hədəflər baxımından heç bir nəticə vermir.