ABŞ rus diplomatları çıxarmaq istəyir
Bir amerikan medianın məlumatına görə, Co Bayden hökuməti Rusiyanın Vaşinqtona qarşı haker hücumları və Amerika seçkilərinə müdaxiləsi iddasının kəşfiyyat cəhətdən araşdırılmasını bitirib və bir qrup rus diplomatı sanksiya və ixrac etmək niyyətindədir.
SəhərAzəri xəbər verir ki, Co Baydenin Rusiyaya və bu ölkənin prezidentinə qarşı sərt sözlərinin ardınca Vaşinqton-Moskva əlaqələrində böhranın davam etdiyi bir şəraitdə, bir amerikan media rus diplomatların sanksiya və ixrac edilmələri ehtimalından xəbər verib.
Amerika kəşfiyyat cəmiyyəti belə bir nəticəyə gəlibdir ki, «Solarwinds» işində Amerikaya qarşı kiber hücumları ehtimal üzrə bir rus mənşəli amil tərəfindən həyata keçirilibmiş.
1399-cu günəş ilinin son günlərində ABŞ prezidenti Co Baydenin Rusiyaya qarşı sərt ifadələri və bu ölkə prezidentini qatil adlandırması Moskvanın öz səfiri Anatoli Antonovu Vaşinqtondan geri çağırmasına bais oldu və o, hələ də Amerikaya geri dönməyibdir.
Rusiyanın Amerikadakı səfiri son zamanlar öz ölkəsinə geri döndükdən sonra demişdi ki, Moskva-Vaşinqton əlaqələri özünün ən dərin böhranına qərq olubdur.
Dİgər tərəfdən, Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Amerikanın Rusiyaya qarşı hər hansı qeyri-səmimi addımları barədə vurğulayıbdır ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri etimadediləsi ortaqlar deyillər və onlara arxalanmaq olmaz.
TASS xəbər agentliyinin məlumatına görə, Rusiya xarici işlər naziri bir mətbuat konfransında Vaşinqtonun Moskvaya qarşı sanksiya siyasətlərinin faydasız olmasına təkid edib. Deyib ki, bu rəftar dalana dirənəcək axmaq bir bir rəftardır.