ABŞ-ın dövlət katibi və müdafiə naziri Avropaya gəlir - gündəm Ukraynadır
https://azeri.sahartv.ir/news/dünya-i375662-abŞ_ın_dövlət_katibi_və_müdafiə_naziri_avropaya_gəlir_gündəm_ukraynadır
ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin bu həftə Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2021 08:15 Asia/Baku
  • ABŞ-ın dövlət katibi və müdafiə naziri Avropaya gəlir - gündəm Ukraynadır

ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin bu həftə Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

SəhərAzəri  “Report” -a istinadla xəbər verir ki, bu barədə məlumatı “Reuters”ə ABŞ administrasiyasından bildiriblər.

 Səfərdə məqsəd Avropa İttifaqının rəhbərliyi ilə Rusiyanın Ukraynaya qarşı fəaliyyətini, eləcə də İran və Əfqanıstandakı vəziyyəti müzakirə etməkdir.

 Qeyd edək ki, Entoni Blinken martın 22-dən 25-dək Brüsseldə səfərdə olub. O, səfər çərçivəsində NATO-ya üzv olan ölkələrin xarici işlər nazirləri və Avropa İttifaqının liderləri ilə görüşmüşdü.