Zelenskinin mətbuat katibi: “Ukrayna Donbassa hücum etməyəcək”
https://azeri.sahartv.ir/news/dünya-i375663-zelenskinin_mətbuat_katibi_ukrayna_donbassa_hücum_etməyəcək
Ukrayna Donbassda hücuma başlamağı planlaşdırmır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2021 08:22 Asia/Baku
  • Zelenskinin mətbuat katibi: “Ukrayna Donbassa hücum etməyəcək”

Ukrayna Donbassda hücuma başlamağı planlaşdırmır.

SəhərAzəri: APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin mətbuat katibi Yuliya Mendel “Dom” telekanalının efirində bildirib.

 O bildirib ki, Ukrayna öz ərazisinə hücum edə və öz əhalisi ilə vuruşa bilməz.

 Mətbuat katibinin sözlərinə görə, yalnız danışıqlar yolu ilə sülhə nail olmaq mümkündür ki, bununla bağlı da Kiyevdə möhkəm əminlik var.

 Yuliya Mendel qeyd edib ki, “Normand formatı” çərçivəsində, bütün mümkün diplomatik vasitələrdən istifadə etməklə sülhə doğru irəliləyəcəklər.