ABŞ-ın büdcə kəsri 1,7 trilyon dollara çatıb
ABŞ-ın büdcə kəsri koronavirus pandemiyasına və bu ölkənin böhranlı iqtisadi durumunun yaxşılaşdırılmasına kömək üzrə maliyyə paketlərinin təmin edilməsinə görə, ötən altı ay ərzində daha da dərinləşibdir.
SəhərAzəri "Wall Street Journal"a istinadən xəbər verir ki, sonuncusu Bayden hökuməti tərəfindən təsdiq edilmiş üçüncü maliyyə yardımları paketinin koronavirusla mübarizə üçün bu ölkənin iqtisadi vəziyyətinə baxılmasına xərcləndiyi bir halda, Amerikanın maliyyə ili büdcəsinin kəsri ötən altı ay ərzində daha da dərinləşərək, hazırda nadir bir rəqəmə- bir trilyon 700 milyard dollara çatıbdır.
Bu məlumata görə, Amerika büdcə kəsrinin daha da dərinləşməsi, bu ölkədə iş yerlərinin bağlanması nəticəsində işsiz qalan vətəndaşlara maliyyə yardımlarının ödənişinə xərclənmiş təkcə keçən mart ayında 660 milyard dollara çatıbdır.