Apr 14, 2021 14:37 Asia/Baku
  • Alman mütəxəssislərinin koronavirusla bağlı tövsiyələri

Almaniyada hissəciklər və tibb fizikləri koronavirusun yayılmasının ən əsas amilinin havadakı hissəciklər olduğunu söyləyir.

SəhərAzəri xəbər verir ki, Almaniyada koronavirus yoluxma hallarının artması ilə fiziklər və tibb mütəxəssisləri bu ölkə kanslerinə məktub yazıblar və deyiblər ki, insanları qapalı məkanlarda olmağa daha həssas etmək lazımdır. Hər dəfə nəfəs aldıqda 50 hissəcik, danışarkən 200 hissəcik havaya buraxılır ki, bunlar koronavirus daşıyıcısı ola bilərlər.

M.M: Açıq məkanlarda koronavirusa yoluxma ehtimalı daha azdır, çünki nəfəs verərkən havaya buraxılan hissəciklər çox tez yayıla bilirlər və hava durulur. 

Hal bu ki, bundan əvvəl virusun yalnız təmas yolu ilə keçə biləcəyinə inanırdılar, ancaq qapalı məkanlarda hətta sosial  məsafəyə riayət olunsa belə yoluxma ehtimalı vardır.

Havadakı hissəciklər o qədər kiçik və yüngüldürlər ki, dərhal yerə düşmürlər, lakin çox uzun müddət havada asılı qala bilirlər, beləliklə təmas olmadan da koronavirusa yoluxma ehtimalı var. 

Hazırda Almaniyada tövsiyə olunur ki, qapalı məkanlarda pəncərələri açıq saxlamaq lazımdır, maska taxmaq da əvvəlkindən daha ciddi qəbul edilməlidir, çünki maskasız hər öskürəkdə koronavirus hissəcikləri ən az 1,5 metr məsafəyədək tullanır və 2 dəqiqədən sonra bütün fəzanı doldurur.

Əgər bundan əvvəl qapalı məkanlarda virusun yayılması ilə bağlı bu mütəxəssislərin xəbərdarlıqklarına əhəmiyyət verilsəydi və insanları bu məsələyə qarşı həssas etsəydilər, bəlkədə koronavirusa nəzarət bu qədər çətin olmazdı.

Teqlər