Koronavirus Alman cəmiyyətində uçuruma səbəb olub
Almaniya prezidenti koronavirus qurbanlarının anım mərasimində bu böhranı cəmiyyətdə dərin bir uçurum amili kimi dəyərləndirib.
SəhərAzəri xəbər verir ki, "Frankfurter Allgemeine Zeitung" qəzetinin yazdığına görə, Frank-Valter Ştaynmayer bazar günü 80 min koronavirus qurbanının anım mərasimində onlara ehtiramını bildirib və onların ailələrinə təsəlli verərək, deyib: "Bu pandemiya dərin yaralara səbəb olub və cəmiyyətdə dəhşətli bir uçurum yaradıb.
Mayer əlavə edib: "Onun fikrincə, Almaniya cəmiyyəti koronavirus statistikalarının arxasında insanların olduğuna diqqət yetirmir; Hansı ki əksər hallarda onların əzab-əziyyətləri və ölümü gözardı edilir ".
Almaniya prezidenti təmənnasız insanların yardımına tələsən və son güclərinə qədər xəstələrin kənarında qalan səhiyyə işçilərinə təşəkkür edib.
Almaniya Sosial Demokrat Partiyasının səhiyyə mütəxəssisi və hökumət müşaviri Karl Lauterbax vurğulayıb ki, sərt bir karantin rejimi ilə əsasən 40-60 yaş arası olan 10 mindən çox insanın həyatını xilas etmək mümkündür.
Almaniya parlamenti cari həftədə "təcili əyləc" adlanan planın təsdiqlənməsi və ümumölkə məhdudiyyətlərinin tətbiq edilməsi barədə qərar verməyə hazırlaşır.
Robert Kox İnstitutu Almaniyada indiyədək, 3 milyon 151 min 30 nəfərin koronavirusa yoluxduğunu, 80 min 591 nəfərin isə bu virusdan öldüyünü bildirib.