ABŞ Ukrayna ilə bağlı plan hazırlayır
https://azeri.sahartv.ir/news/dünya-i376064-abŞ_ukrayna_ilə_bağlı_plan_hazırlayır
ABŞ rəsmiləri Rusiya ilə müharibə olacağı təqdirdə bir sıra silahların Ukraynaya verilməsi ilə bağlı plan hazırlayır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2021 17:43 Asia/Baku
  • ABŞ Ukrayna ilə bağlı plan hazırlayır

ABŞ rəsmiləri Rusiya ilə müharibə olacağı təqdirdə bir sıra silahların Ukraynaya verilməsi ilə bağlı plan hazırlayır.

SəhərAzəri xəbər verir ki, bu barədə “Uol Strit Jurnal” nəşri yazıb.

Nəşrin məlumatına görə, Bayden administrasiyasının əməkdaşları Rusiya hücumu baş verəcəyi təqdirdə Ukraynaya hərbi yardım göstərilməsini müzakirə edirlər. Sözügedən plan hələlik təsdiqlənməsi üçün Baydenə təqdim olunmayıb.

Bundan başqa, administrasiya Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirir.