Apr 26, 2021 10:04 Asia/Baku
  • Almaniya Rusiyaya qarşı növbəti sanksiyaların əleyhinədir

Almaniya Xarici İşlər Naziri, müxalifət lideri Aleksi Navalninin işi ilə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyalara qarşı çıxaraq bu hərəkəti "təxribat xarakterli" adlandırdı.

SəhərAzəri xəbər verir ki, Bazar günü ARD kanalına verdiyi müsahibədə Hayko Moss, Berlinin Navalni işi ilə əlaqədar Rusiyaya qarşı daha çox sanksiya tətbiq olunmasına qarşı olduğunu vurğulayaraq  söyləyib: “Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi  Navalninin şəraitini dəyişdirməyəcəkdir.”

Almaniyanın Xarici İşlər Naziri, Rusiya ilə dialoqun vacibliyini vurğulayaraq, "Bütün sanksiyalar qüvvədə qalsa da, Rusiya ilə dialoqa girməyimiz vacibdir" deyə əlavə edib.

Son aylarda ABŞ və Avropa Birliyi, Navalnini dəstəkləmək ittihamı ilə bir sıra yüksək səviyyəli rus, şirkətləri, müəssisələri və qurumlarına qarşı sanksiyalar tətbiq ediblər.

Moskvadakı Rusiya müxalifətinin lideri Aleksi Navalninin həbsi, Qərbin anti-Rusiya kampaniyasının genişlənməsi üçün yeni bir meydan olub.

ABŞ və Avropa Birliyi Aleksi Navalnini qətiyyətlə dəstəkləyir.

Moskva məhkəməsi fevralın əvvəlində Navalnini vaxtından əvvəl azad etmə şərtlərini pozmaqda suçlayaraq və təhlükəsizlik ittihamları ilə üç il yarım həbs cəzasına məhkum etdi.

 

Teqlər